Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda itkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində keçirilmiş IV Beynəlxalq Konfransın yekunlarına dair paylaşım edib.
Paylaşımda Azərbaycan və dünya mediasında geniş işıqlandırılan bu tədbirin beynəlxalq dialoqun və əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, eləcə də qabaqcıl təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynadığı vurğulanır.
Konfrans çərçivəsində itkin düşmüş şəxslər probleminin həlli istiqamətində effektiv mexanizmlərin və yeni həll yollarının inkişaf etdirilməsi ətrafında geniş müzakirələr aparıldığı qeyd olunur.
Təqdim olunan videoçarxda konfransın Bakıda keçirilən plenar iclasından, panel sessiyalarından və xüsusi tədbirindən ("side event") maraqlı məqamlar əksini tapıb.