İsrailin Baş naziri Benyamin Netanyahu və "Yaşar!" Partiyasının sədri Qadi Ayzenkot hakim koalisiyanın formalaşdırılması ilə bağlı danışıqlar aparıblar.
İsrail mediasına istinadən, görüş təxminən üç saat davam edib, lakin konkret razılaşmaların əldə olunub-olunmadığı məchuldur.
"Görüş təhlükəsizlik məsələləri üzrə brifinqlə başlayıb, daha sonra isə milli birlik hökumətinin formalaşdırılmasının müzakirəsinə keçilib və işgüzar mühitdə baş tutub, hər iki tərəf mövcud ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışıb", - tərəflərin birgə bəyanatında bildirilib.
Ötən gün Netanyahu Ayzenkota koalisiya hökuməti yaratmağı və baş nazir postunu növbə ilə tutmağı təklif edib. Təklifə əsasən, kabinetə ilk olaraq Ayzenkot rəhbərlik etməli, bundan sonra isə onu Netanyahu əvəzləməlidir.