Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Moskvadan Bryansk vilayətinin Klimovo qəsəbəsinə hərəkət edən sərnişin qatarına hücum edib.
Bu barədə Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk öz Teleqram kanalında məlumat yayıb.
“Ukrayna hərbçiləri PUA-nı Novozıbkov şəhərində sərnişin qatarına yönəldiblər.
Xoşbəxtlikdən, hadisə zamanı qatar dayanmış vəziyyətdə olduğu üçün xəsarət alan olmayıb. PUA hücumu nəticəsində vaqonlardan birinin damı zədələnib”, - qubernator qeyd edib.