Təmas xətti boyunca birbaşa atəşkəsə hazırıq - Zelenski

Ukrayna təmas xətti boyunca birbaşa atəşkəsə hazırdır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna prezidenti bu addımı diplomatik prosesə keçmək naminə edilmiş çox əhəmiyyətli güzəşt adlandırıb:

“ABŞ Prezidenti Donald Trampla əməkdaşlıq çərçivəsində müharibəyə son qoymağın ədalətli yolunu tapmağa ümid edirəm. Sülh prosesinin bütün yükü yalnız ölkəmizin çiyinlərinə düşməməlidir”.