Lyayen: “Ukrayna krediti Rusiya təzminat ödədikdən sonra qaytaracaq” - Video

Ukrayna ayrılan kredit vəsaitlərini yalnız Rusiya təzminat (reparasiya) ödədikdən sonra geri qaytaracaq.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, bu mexanizm Kiyevə sülh danışıqlarına maksimum güclü mövqedən çıxmağa imkan verəcək.

Fon der Lyayen həmçinin xatırladıb ki, genişmiqyaslı müharibə başlayandan bəri Avropa Ukraynaya 235 milyard avrodan çox yardım göstərib. Bununla belə, maliyyələşməyə tələbat yüksək olaraq qalır.

Avropa Komissiyasının qiymətləndirməsinə əsasən, gələn il büdcə kəsiri 70 milyard avro təşkil edəcək.