Rusiya estrada musiqisinin ulduzu Alla Puqaçova Türkiyədə solo konsert proqramı ilə çıxış edəcək.
Bu barədə prodüser Andrey Razin "Instagram" hesabında məlumat verib.
Onun sözlərinə görə, sənətçinin yaradıcılıq gecəsi 2027-ci il mayın 1-də İstanbuldakı "Çırağan Palace Kempinski" hotelində keçiriləcək. Tədbir təxminən bir saat yarım davam edəcək.
Prodüser konsertə biletin qiymətinin 6 000 avro (təxminən 11 200 manat) olacağını bildirib.
Xatırladaq ki, Alla Puqaçova 2022-ci ildə həyat yoldaşı Maksim Qalkindən sonra övladları ilə birlikdə Rusiyanı tərk edib. Cütlük əvvəlcə İsraildə yaşayıb, daha sonra Kiprə köçüb. Hazırda onlar Limassolda villa kirayələyirlər.