Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan təxminən 28 kilometr uzaqlıqda, Qars–Ərzurum avtomobil yolunun üzərində yerləşən Qaraqurt Su Elektrik Stansiyasının (SES) su anbarında suyun səviyyəsinin enməsi ilə Qaraqurt kəndinin qalıqları yenidən görünməyə başlayıb.
Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilən bəndin 8 fevral 2020-ci ildə su yığmağa başlamasından sonra kənd təxminən 6 il su altında qalmışdı.
Bəndin qapaqlarının qismən açılması və suların çəkilməsi nəticəsində kənddəki evlər, məscid, kilsə və bir sıra tarixi tikililər yenidən gün üzünə çıxıb.
Su altından çıxan yaşayış məntəqəsi dron vasitəsilə havadan lentə alınıb.