Bakıda gənc oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Oxu.az-a istinadən, paytaxtın Xətai rayonu ərazisində 2005-ci il təvəllüdlü Ramal Ələkbərov bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən hadisəni törətməkdə şübhəli bilinən şəxsi tanımadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.