İtaliyanın tanınmış aktrisası Roma meri olacaq? - Foto

İtaliyanın böyüklər üçün filmlərinin ən məşhur ulduzlarından biri olan 75 yaşlı İlona Staller Roma meri postuna namizədliyini elan edib.

“Çiççolina” ləqəbi ilə tanınan və 1987–1992-ci illərdə İtaliya parlamentinin deputatı olmuş keçmiş aktrisa seçki kampaniyasında Romanı “daha seksual şəhərə” çevirməyi əsas şüar seçdiyini bildirib.

Onun seçki proqramına infrastruktur problemlərinin həlli, yolların yenilənməsi, yaşıllıqların qorunması, küçələrdə polis əməkdaşlarının sayının artırılması və heyvan hüquqlarının müdafiəsi (xüsusilə Roma küçələrindəki çöl donuzlarının ovlanmasına qarşı çıxmaq) daxildir.

Qeyd edək ki, İ.Staller vaxtilə Körfəz müharibəsinin və terror aktlarının qarşısını almaq məqsədilə İraqın keçmiş lideri Səddam Hüseynə və “Əl-Qaidə” lideri Üsamə bin Ladenə intim münasibət təklif etməsi ilə də dünya mətbuatının gündəminə gəlmişdi.