Mbappe klubuna sadiq qaldı

Etan Mbappe klubuna sadiq qalıb. O, “Lill” ilə yeni müqavilə imzalayıb.

19 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər uzadılıb.

“Real”da çıxış edən Kilian Mbappenin qardaşı olan Etan 2024-cü ilin yayında PSJ-dən “Lill”ə keçib. Həmin ilin iyulunda klubla ilk peşəkar müqaviləsini imzalayıb.

O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə edib.