Ukrayna Prezidenti Volodimir Zelenski 2026/27-ci illərin payız-qış mövsümündə kritik infrastrukturun qorunmasına yönəlmiş Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) qərarının qüvvəyə minməsi barədə fərman imzalayıb.
Bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Sənədə əsasən, mediada kritik infrastruktur obyektlərinə dəyən zərərin nəticələri, onların bərpası müddətləri, eləcə də mühafizə qurğularının tikintisinin gedişi barədə məlumatların dərc edilməsi qadağan olunur.
Məhdudiyyətlər enerji obyektlərinə və əhalinin həyat təminatı sistemlərinə şamil edilir.
Qeyd edək ki, noyabrın 28-də imzalanan 1151/2026 nömrəli fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.