Britaniya Argentinanı Folklend adalarının sakinlərinin öz müqəddəratını təyin etmək hüququna hörmət etməyə çağırıb.
London Buenos-Ayresi arxipelaq üzərində iqtisadi təzyiqi dayandırmağa çağırıb.
Bəyanat Beynəlxalq Dəniz Hüququ Tribunalının Buenos-Ayresin mübahisəli adalar yaxınlığında Britaniyanın neft hasilatı layihəsini dayandırmaq tələbini rədd etməsindən sonra səsləndirilib.
London tribunalın qərarını alqışlayıb və Folklend adaları, eləcə də ətraf dəniz əraziləri üzərində suverenliyinə şübhə etmədiyini bir daha bəyan edib.