Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə görüşüb.
Tərəflər ikitərəfli münasibətləri, eləcə də bütün sahələrdə əməkdaşlıq çərçivəsində müsbət gündəliyin inkişaf etdirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.
Türkiyə lideri milli azlıqlarla bağlı məsələlərə, ilk növbədə, humanitar yanaşmanın vacibliyini vurğulayıb.
Ərdoğan, həmçinin Egey dənizi və Şərqi Aralıq dənizinin sabitlik və rifah zonasına çevrilməli olduğunu bildirib.