Ölkə çempionu aşağı liqaya düşdü

Belarus futbolunun ən titullu klubu BATE tarixində ilk dəfə ölkə çempionatının yüksək liqasını tərk edib.

Borisov təmsilçisi 2026-cı il mövsümünü 15-ci pillədə başa vuraraq aşağı liqaya düşüb.

Komanda keçirdiyi 30 oyunda cəmi 5 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 15 məğlubiyyətlə üzləşib. BATE çempionatın son turunda “İsloç”la 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, BATE Belarus futbolu tarixində 29 titul qazanıb. Komanda 2006-2018-ci illərdə ardıcıl 13 dəfə ölkə çempionu olub. Ümumilikdə 15 çempionluqla Belarus rekordunu əlində saxlayan klubun hesabında 6 ölkə kuboku və 8 Superkubok da var.