İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"

İran İslam Respublikası üçün təhdid yaradan dünyanın istənilən nöqtəsinə zərbə endirəcək.

"Fars" agentliyinə istinadən, bu fikri İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandan müavini Kəyumərs Heydəri bildirib.

"Bizə təhlükə mənbəyi olan istənilən yer dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, bizim üçün qanuni hədəf sayılacaq və vurulacaq!", – deyə komandan müavini vurğulayıb.

Heydəri onu da əlavə edib ki, İran ordusu ABŞ, İsrail və ölkənin digər düşmənlərinin istənilən "səhvinə" hər an cavab verməyə hazırdır.