“Mercedes” şirkəti könüllü işdən ayrılmaq istəyən əməkdaşlarına 422 min avroyadək təzminat ödəyə bilər.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Təzminatın məbləği işçinin yaşından, əmək stajından və maaşından asılı olacaq. Məlumata görə, ixtisarlar 30 mindən çox əməkdaşı əhatə edə bilər.
Şirkət bu yolla işçi xərclərini azaltmağı planlaşdırır.