Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.
BBC ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlərin hamısı məktəbin şagirdləridir. Daha 110 şagird yaralanıb.
Partlayış Kunar əyalətində məktəbin yaxınlığında yerləşən mədən şirkətlərinə məxsus partlayıcı maddələr anbarında baş verib.