Mbappe ilə müqavilə uzadıldı

Fransanın “Lill” klubu gənc yarımmüdafiəçisi Etan Mbappe ilə yeni müqavilə imzalayıb.

19 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər uzadılıb.

Kilian Mbappenin qardaşı olan Etan 2024-cü ilin yayında PSJ-dən “Lill”ə keçib.