1914-cü ildə əsası qoyulmuş "United Fidelity Bank" (UFB) ABŞ-ın İndiana ştatında müflis olması səbəbindən fəaliyyətini dayandırıb.
Bu barədə "Bloomberg"ə istinadla xəbər verilir.
Məlumata görə, bu, son iki il ərzində ölkədə baş verən ən böyük bank iflasıdır. Daha əvvəl, 2024-cü ilin aprel ayında "Republic First Bank" da oxşar aqibətlə üzləşmişdi.
UFB-nin bağlanması yerli Əmanətlərin Sığortalanması Fonduna 1,83 milyard dollara başa gələcək. Sentyabr ayının sonuna olan məlumata görə, "United Fidelity Bank"ın ümumi aktivləri təxminən 5,9 milyard dollar, depozitləri isə 5,4 milyard dollar təşkil edirdi.
Ötən yay amerikalı sahibkar İlon Mask bildirmişdi ki, Vaşinqton mövcud maliyyə siyasətini dəyişməsə, ABŞ müflis olma riski ilə üzləşə bilər. O, xüsusilə qeyd etmişdi ki, bütün vergi gəlirləri dövlət borcu üzrə faiz ödənişlərinə sərf olunur və nəticədə başqa heç bir sahəyə vəsait qalmır.