Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var

Bakıda bıçaqlanan ata və oğlunun son durumu açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 27-si saat 05:30-da üç nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan iki nəfərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Vəziyyəti kritik ağır qiymətləndirilən bir nəfərin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb".

***

Noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən obyektərin birində U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib.

Bu barədə DİN-dən məlumat verilib.

Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da xəsarət alıb.

Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.