Tovuzda qatarın altında qalıb ölən şəxslə bağlı ADY-dən AÇIQLAMA

"Bu gün saat 11 radələrində Tovuz stansiyasının yaxınlığında hərəkətdə olan elektrovozun qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs həyatını itirib".

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır: İnternet mağaza

"Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".

Qeyd edək ki, Tovuzda 28 yaşlı şəxsi qatar vurub. Hadisə rayonun dəmiryolu stansiyasında qeydə alınıb. 1998-ci təvəllüdlü Sərxan Pənahov aldığı xəsarətlərdın hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.