Cəlilabad rayonunda İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı, 103 yaşlı Əbiş Zamanov dünyasını dəyişib.
Bu barədə “Report”un Muğan bürosu məlumat yayıb.
Əbiş İbiş oğlu Zamanov 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub. O, 1942-ci ildə hərbi xidmətə yollanaraq cəbhəyə göndərilib.
1944-cü ilin yanvarında döyüşlərin birində ağır güllə yarası alan veteran bir gündən artıq qar altında huşsuz vəziyyətdə qalıb. Buna baxmayaraq, sağ qalmağı bacarıb.
Müharibə başa çatdıqdan sonra doğma kəndinə qayıdan Əbiş Zamanov ailə həyatı qurub. Onun beş övladı, çoxsaylı nəvə və nəticəsi var.
Mətni xəbər üslubunda daha peşəkar redaktə etBaşlığı daha yığcam və təsirli et