İranın Baş Qərargahı:

“Dünyanın hansı ölkəsindən atəş açılsa, İran Silahlı Qüvvələri ora zərbə endirəcək”.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Keyumərs Heydəri deyib.

“Artıq düşmənin (ABŞ-ni nəzərdə tutur - red.) addımlarına cavab verərkən coğrafi məhdudiyyət tanımırıq. Dünyanın hansı nöqtəsindən və ölkəsindən atəş açılsa, həmin məkan legitim hədəf olacaq. Hansısa mövqedən təhdid yaranarsa, həmin mövqe də hədəfə alınacaq”, - o bildirib.

Heydəri İran ordusunun ABŞ-nin istənilən addımına cavab verməyə tam hazır olduğunu iddia edib:

“ABŞ Prezidenti Donald Trampın öz axmaqlıqlarını təkrarlamaq üçün müəyyən etdiyi vaxt çərçivələri heç vaxt İran ordusu tərəfindən nəzərə alınmır”.