98 yaşlı kişinin ürək qapağı 45 dəqiqəyə dəyişdirildi

Qazaxıstanın Almatı şəhərində həkimlər 98 yaşlı xəstənin ürək qapağını döş qəfəsini açmadan dəyişdiriblər.

Qazaxıstan mediasına istinadən, xəstənin ürək qapağı daraldığı üçün qan dövranı çətinləşib. Açıq əməliyyatın riskini nəzərə alan həkimlər yeni qapağı bud nahiyəsindəki damardan keçirdikləri nazik boru vasitəsilə yerləşdiriblər.

45 dəqiqə çəkən əməliyyat fəsadsız başa çatıb. Həkimlər yeni qapağın normal işlədiyini və qan dövranının yaxşılaşdığını bildiriblər. (Modern.az)