İngiltərənin şərqindəki Saffolk qraflığında yerləşən Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Leykenhit aviabazasına hücum olub.
Bu barədə "Reuters" məlumat yayıb. Belə ki, aviabazaya dislokasiya olunmuş ABŞ hərbçiləri altıdan çox pilotsuz uçuş aparatının (PUA) hücumunu dəf ediblər.
Agentliyin məqaləsində qeyd edilib ki, insident zamanı PUA hücumlarının qarşısını almaq üçün ABŞ-ın xüsusi antidron texnologiyalarından uğurla istifadə edilib. Maraqlıdır ki, nə Britaniya, nə də ABŞ mütəxəssisləri vurulan dronları aşkarlaya bilməyiblər.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, noyabrın 14-də də Leykenhit bazası üzərində pilotsuz uçuş aparatları qeydə alınmışdı. Həmin vaxt "şübhəli və icazəsiz dron fəallığı" səbəbindən ABŞ hərbi personalı sığınacaqlara yerləşdirilmişdi.