Artıq çəkidən xilas olaraq 45 kiloqram çəkiyə düşən Nigar İbrahimova arıqlama prosesinin təfərrüatlarını bölüşüb.
Artıq çəkisinin sağlamlığına ciddi təsir göstərdiyini və bu səbəbdən əməliyyat etdirmək məcburiyyətində qaldığını bildirib. Nigarın sözlərinə görə, çəkisi 80 kiloqramı keçdikdən sonra ürəyində problemlər yaranıb, orqanizmində bəzi göstəricilər yüksəlib və gecələr rahat yatmaqda çətinlik çəkib.
"Artıq çəkim 80 kiloqramı keçmişdi. Bu əməliyyatı etdirmək məcburiyyətində qaldım. Ürəyimdə problem yaşayırdım, orqanizmdə göstəricilər yüksəlmişdi, gecələr rahat yata bilmirdim. Əməliyyat ilk növbədə sağlamlığımı düzəltdi, daha sonra qidalanma qaydalarımı nizama saldı", - deyə Nigar İbrahimova bildirib.
Qeyd edək ki, onun çəkisinin 80 kiloqramdan 45 kiloqrama qədər azalması diqqət çəkib.(Milli.Az)