Bu halda avtomobiliniz birbaşa duracağa aparılacaq

Sürücülük hüququ olmayan şəxsin idarə etdiyi avtomobil duracağa yerləşdirilir.

Sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etməsi onun nəqliyyat vasitəsinin idarəsindən kənarlaşdırılması və avtomobilin duracağa yerləşdirilməsi ilə nəticələnir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 96.1.1-ci maddəsinə əsasən, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birinin nəqliyyat vasitəsini idarə etmək hüququ və ya ona sahiblik hüququ olmadıqda, həmin şəxs avtomobilin idarə edilməsindən kənarlaşdırılır.

Məcəllənin 97.1-ci maddəsinə əsasən isə bu halda nəqliyyat vasitəsi duracağa yerləşdirilir.\\milli.az