ABŞ Prezidenti Donald Tramp İraq hökumətinin ölkənin bütün ərazisində dövlət nəzarətini gücləndirmək səylərini dəstəklədiyini bildirib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Biz İraqın Baş naziri Əli əz-Zeydinin ölkənin bütün ərazisində dövlət nəzarətini gücləndirmək, İraq neftinin qaçaqmalçılığının qarşısını almaq, korrupsiyaya qarşı mübarizə aparmaq və bütün silahları yalnız dövlətin nəzarətinə keçirmək istiqamətində səylərini dəstəkləyirik.
Biz Baş nazir əz-Zeydinin siyasi qərarlarını müstəqil şəkildə qəbul edən, vahid, firavan və güclü İraq qurmaq səylərini dəstəkləyirik”, – ABŞ lideri qeyd edib.