İrəvanda keçirilən etiraz aksiyası zamanı Qarabağdan köçmüş ermənilər Ermənistan hakimiyyətinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına sərt narazılıqlarını bildiriblər.
Aksiya iştirakçılarından biri çıxışı zamanı Baş nazir Nikol Paşinyanı hədəf alaraq onun oğlunun 2020-ci il müharibəsində iştirakını xatırladıb.
Etirazçı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edərək bu sualları səsləndirib:
"Əgər Qarabağ Ermənistan deyil, Azərbaycan idisə, orqanlarda işləyən sizlərdən heç olmasa biri Paşinyana sual veribmi ki, 2020-ci ildə sənin oğlunun niyə Qarabağı müdafiə edib, hətta müharibəyə qatılıb?”.
O, həmçinin Paşinyanın oğlunun pasportunda da doğum yeri kimi "Azərbaycan" qeydinin yazılmasını tələb edib:
"Elə isə qoy əvvəlcə onun oğlunun pasportunda “Azərbaycan” yazsınlar, bizim pasportlarımıza yox!”.