42 yaşlı rəis qəfil vəfat etdi - Foto

“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi vəfat edib.

Qurumun Qəbələ stansiyasının rəisi 42 yaşlı Faiq Mustafayev dünyasını dəyişib.

Onun yaşadığı evdə qəfil ürəktutmadan öldüyü bildirilir.

Mərhum bu gün Şəmkir rayonunun Çənlibel kəndində dəfn edilib.