Azərbaycanın çay idxalı 75 milyon dollara yaxınlaşıb

Azərbaycan 2026-cı ilin yanvar–oktyabr aylarında 74,6 milyon dollarlıq 12 612 ton çay idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 8,8%, dəyəri isə 4,7% artıb.

, 2025-ci ilin ilk on ayında ölkəyə təxminən 71,3 milyon dollarlıq 11,6 min ton çay gətirilib. Bu il idxalın həcmi dəyərindən daha sürətlə artdığı üçün bir kiloqram çayın orta idxal dəyəri 6,15 dollardan 5,92 dollara enib. Bu, təxminən 3,8% azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni on ayda Azərbaycanda 9 366 ton çay istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azdır.

Pərakəndə satışda isə çayın qiyməti yüksəlib. Banker.az-ın araşdırmasına görə, 2026-cı ilin oktyabrında çəki ilə satılan qara və ya yaşıl çayın 500 qramının ölkə üzrə orta qiyməti bir il əvvəllə müqayisədə 13,68 manatdan 14,04 manata qalxıb.

Paket çayın bir qablaşdırmasının orta qiyməti 2,26 manatdan 2,34 manata yüksəlib. Araşdırılan marketlərdə seçilmiş dəmləmə çaylarının 100 qramı 2,20–3,40 manata təklif olunub.