Türkiyədə Halk TV ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist Ece Üner və həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu saxlanılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İstanbul Baş Prokurorluğunun 27 noyabr tarixində keçirdiyi əməliyyat zamanı ümumilikdə 9 nəfər saxlanılıb.
Prokurorluq jurnalistlərin ayda 1 milyon 650 min türk lirəsi məbləğində qeyri-rəsmi ödəniş aldığını və bunun müqabilində yanlış xəbərlər yaymaq tapşırığı verildiyini iddia edib.