Vaan Kostanyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü

Bu gün "Sülh körpüsü" təşəbbüsü qrupunun üzvləri Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüblər.

Görüş zamanı iştirakçılar Vaan Kostanyana onları maraqlandıran sualları ünvanlayıblar.

Qeyd edək ki, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi davam edir.

Bu çərçivədə Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" təşəbbüsü çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib.