Meymunlar Tac-Mahalı işğal etdi - VİDEO

Hindistanda yüzlərlə meymun Aqra şəhərində yerləşən məşhur Tac-Mahal məqbərəsinin ərazisini zəbt edib.

Yerli mediaya istinadən, meymunlar tarixi abidənin şərq, qərb və kral giriş qapılarının ətrafında toplaşaraq turistlərə hücum etməyə başlayıblar.

Məlumata görə, meymunların dişlədiyi iki turist xəstəxanaya yerləşdirilib. Xəsarət alan daha bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Turistlərə meymunlardan təhlükəsiz məsafədə dayanmaq, onların yanında şəkil çəkdirməmək və gözlərinə birbaşa baxmamaq tövsiyə olunur. Həmçinin ziyarətçilərdən qida məhsullarını, su qablarını, gün eynəklərini və mobil telefonlarını gizlətmələri istənilib.