Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüşdə Azərbaycanın Şərq-Qərb Orta Dəhlizi üzərindəki mühüm rolu və bu istiqamətdə atılan addımlar barədə də fikir mübadiləsi aparılıb.
O qeyd edib ki, humanitar və turizm sahəsində də əməkdaşlıq imkanları mövcuddur.
Ceyhun Bayramov, həmçinin, Estoniyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirib və bu sahədə əməkdaşlığa hərtərəfli dəstək göstərdiklərini vurğulayıb.