Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib

2025-ci ildə 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, görüşdə iki ölkə arasında humanitar və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bundan başqa, BMT, Avropa İttifaqı, NATO və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan normallaşma prosesi və TRIPP layihəsi üzrə son yeniliklər müzakirə olunub.