Bu rus məhsulunun ən böyük alıcısı Türkiyədir

Türkiyə Rusiya taxılının ən böyük alıcısı olaraq qalır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında deyib.

O, iki ölkənin bazarlarında kənd təsərrüfatı məhsullarının qarşılıqlı çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb:

“Ötən il Rusiyadan Türkiyəyə gübrə tədarükü təxminən iki dəfə artıb. Bu ilin sentyabrında isə iki ölkənin kənd təsərrüfatı nazirlikləri bu sahədə əməkdaşlıq haqqında memorandum imzalayıb”.