Türkiyədə narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində 7 məşhur barəsində nəzarət tədbiri başladılıb.
Həmin şəxslər aktyorlar Berrak Tüzünataç, Kaan Yıldırım, Kubilay Aka, Metin Akdülger, müğənnilər Anıl Piyancı, Yusuf Güney və sosial media fenomeni Şeyma Subaşıdır.
İstanbul Baş Prokurorluğunun göstərişi ilə onların hər biri barəsində ayrıca iş açılıb.
Məşhurlar istintaq çərçivəsində müxtəlif tarixlərdə narkotik testi verəcəklər.
Əvvəlki mərhələdə həmin şəxslər istintaq çərçivəsində saxlanılaraq ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, yeni qərara əsasən, onlar 5 il ərzində ildə iki dəfə narkotik testi verməli olacaqlar.