QHT-lərin yaradılması qaydası dəyişdirilir

Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılması qaydaları dəyişdirilir.

Bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Qanun layihəsində QHT-lərin konkret növlər üzrə təsis edilməsi təklif olunur.

Layihəyə əsasən, ictimai birliklər aşağıdakı sahələr üzrə yaradıla biləcək:

-Peşə sahəsi;

-Sosial-humanitar sahə;

-Mədəniyyət və incəsənət;

-Təhsil və elm;

-Ekologiya;

-Hüquq;

-İqtisadiyyat;

-Qanunla müəyyən ediləcək digər növlər.

Dəyişikliyə əsasən, hər bir ictimai birlik və fond yalnız bir növ üzrə təsis edilə biləcək. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.

Qanun layihəsi müzkirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media