Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində iki “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə baş verən qəzada sürücülərdən biri ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, qəza barədə “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər 1993-cü il təvəllüdlü sürücü Rəmzi Savet oğlu Əliyevin meyitini xüsusi vasitələrlə deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.