Seriya A-nın yeddi klubu Azərbaycanın U-21 yığmasının və "Sampdoriya" hücumçusu Lorenso Mezzotero ilə maraqlanır.
Bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, oyunçunu "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Monza" klubları izləyir.
Son həftələrdə artıq bir neçə skaut Cenuya klubunun oyunlarını izləmək üçün göndərilib.
Bu mövsüm Lorenso böyüklər komandasında debüt edib, altı oyun keçirib və dörd qol vurub.
Monzada anadan olan Mezzotero Azərbaycan gənclər komandasında üç dəfə forma geyinib.