Bakıda Estoniya səfirliyinin rəsmi açılışı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.

Bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Açılışda çıxış edən nazir bunu Azərbaycan ilə Estoniya arasındakı münasibətlərdə mühüm mərhələ adlandırıb.