İngiltərə futbolunun tarixinə düşdülər

İngiltərənin "Bornmut" klubu UEFA bayrağı altında keçirilən turnirlərdə ilk beş qarşılaşmasının hamısında qalib gələn ilk ingilis komandası olub.

Komanda bu nailiyyətə Avropa Liqasının əsas mərhələsinin V turunda səfərdə "Selta"nı 2:1 hesabı ilə məğlub etməklə imza atıb.

Bununla yanaşı, "Bornmut" bütün turnirlər nəzərə alınmaqla ardıcıl qələbələrinin sayını 10-a yüksəldib. Bu göstərici klub tarixində yeni rekord kimi qeydə alınıb.

Qeyd edək ki, tarixində ilk dəfə avrokuboklarda çıxış edən "Bornmut" Avropa Liqasının əsas mərhələsində keçirdiyi beş oyunun hamısından 3 xalla ayrılıb. 15 xalı olan İngiltərə təmsilçisi turnir cədvəlinə liderlik edir.