“Vogue” jurnalının redaktorları qış mövsümünün ən dəbli saç boyama texnikasını açıqlayıblar.
Bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
Redaktorlar saç boyanmasında ən aktual texnika kimi "Nude Hair" (“təbii çalarları boyama”) üsulunu seçiblər. Bu texnika kəskin rəng kontrastları yaratmadan və görünüşü köklü şəkildə dəyişmədən saçın təbii rəngi üzərində işləməyi nəzərdə tutur. Ekspertlərin sözlərinə görə, makiyajda maksimalizmin populyarlıq qazandığı bir vaxtda daha təmkinli saç rəngi obrazda tarazlıq yaratmağa və üz cizgilərini vurğulamağa kömək edir.