ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin dayandırılması ilə bağlı Vaşinqtonla razılaşmaya gedəcəyinə şübhə etdiyini bildirib.
O, bu barədə amerikalı hərbçiləri Şükranlıq Günü münasibətilə təbrik edərkən deyib.
“Biz onlara razılaşma əldə etmək və çox sayda insanın həyatını xilas etmək üçün bütün imkanları yaradırıq. Lakin onların bu imkanlardan istifadə edəcəklərinə əmin deyiləm”, – deyə Tramp bildirib.
ABŞ lideri, həmçinin qələbəyə yaxın olduqlarını iddia edib.