“Bavariya” həm liderliyi, həm də Keyni itirdi

Tur böyük sürprizlə start götürdü. Tura lider kimi daxil olmasına baxmayaraq, bu mövsüm tez-tez büdrəyən “Bavariya” bu dəfə evdə “Köln” ilə bacara bilmədi. Hətta baş məşqçi Vensan Kompaninin 5 həftəlik fasilədən sonra sıraya dönməsinin də bir faydası olmadı. Oyunun gedişində məğlub duruma düşən Münhen nəhəngi yalnız 1 xalla kifayətlənməli oldu. Amma ədalət naminə deyək ki, “rekordmayster” bu matçda çox ciddi itkilərlə üzləşdi. Keyn hələ ilk yarının gedişində zədələndisə, Olise fasilədə əvəzləndi. Üstəlik Dias da matçı buraxırdı. Olisenin zədəsi qorxulu olmasa da, ertəsi gün topuğundan əməliyyat olunan Keyn 3 aylığa sıradan çıxıb! “Bavariya” 2004-cü ildən bəri ilk dəfə bundesliqadakı ev oyununu “çərçivə”yə cəmi 1 zərbə vurmaqla tamamladı. Komanda ötən mövsüm ilk xallarını məhz 10-cu turda itirmişdisə, bu mövsüm 10-cu turda artıq 4-cü dəfə büdrədi. Ümumiyyətlə, 10 tura 22 xal münhenlilərin 2022-dən bəri ən zəif startıdı.

Digər iddialılar “Bavariya”nın büdrəməsindən çox gözəl yararlandı. “Borussiya”ların duelində Dortmund təmsilçisi çətinliklə də olsa, Münhenqladbaxdan 3 xalla dönməyi bacardı. Ötən tur dubl edən Nmeça bu dəfə oyunun sonlarına yaxın çox vacib qolla komandasına qələbə qazandırdı. Xalını 24-ə çatdıraraq vahid liderliyə yüksələn “arılar” 2021-dən bəri ən yaxşı mövsümü keçirirlər. Debütant “Elfersberq”i səfərdə yenən “Frayburq” isə xal hesabında “Bavariya”ya çatdı. “Leyptsiq” əla məhsuldarlıq sərgiləməkdə davam edir. “Öküzlər” bu dəfə səfərdə “Union”u 5 qolla darmadağın etdilər. 10 tura 32 dəfə fərqlənən bu komanda hətta “Bavariya”dan da çox qol vurub! ÇL iştirakçısı “Ştutqart” Helzenkirhendə həm qola, həm də qələbəyə həsrət qaldı. Bu mövsüm debütant “Şalke-04”ün 5 ev oyunundan 3-də qapılara qol vurulmayıb. Belə görünür, bu mövsüm bombardirlik yarışında mübarizə Füllkruq ilə Şik arasında gedəcək. Hər iki təcrübəli forvard bu tur meydanı qolsuz tərk etmədi. “Verder” şimal derbisində ikinci hissədə vurduğu 4 cavabsız qolla “Hamburq”un başına oyun açdısa, “Bayer-04” eyni hesabla “Paderborn”u darmadağın etdi. Şik Leverkuzen klubunun tarixində mövsümün ilk 10 turunda 9 dəfə fərqlənən birinci futbolçu oldu! “Hoffenhaym”ı 1 qolla məğlub edən “Ayntraxt” evdə ardıcıl 3-cü qələbəsini qazandı. Bu qarşılaşmada ilk yarının sonlarında 3 dəqiqə aralığında əvvəlcə qonaqlar, sonra da meydan sahibləri penaltidən yararlana bilmədi. “Maynts-05”i evə əliboş yola salan “Auqsburq”, nəhayət, sentyabrdan bəri davam edən 7 oyunluq qələbəsiz seriyaya son qoydu.

10-cu tur

Bavariya – Köln 1:1

Braun, 37 – Mur, 12. (75000)

Bavariya: Urbiq, Laymer (Musiala, 70), Upamekano (Kim Min Ce, 70), Ta, Stanişiç, Kimmix, Pavloviç (Koco-Evora, 88), Olise (Binder, 46), Karl, Braun, Keyn (Bişof, 20).

Borussiya M – Borussiya D 0:1

Nmeça, 80. (54546)

Borussiya: Kobel, Ryuyerson, Qadu (Anton, 46), Şlotterbek, Bensebayni, Svensson, Nmeça, Bellingem (Veerman, 60), Karetsas (Zabitser, 73), Bayer (Nvaneri, 90+2), F.Silva (Albert, 72).

Union – Leyptsiq 1:5

Ebişer, 41 – Nusa, 18-p. Romulo, 50. Qruda, 72. Rayts, 76. Baku, 89. (22012)

Leyptsiq: Vandevoordt, Baku, Orban, Lukeba, Raum, Əl-Aynaui (Rayts, 70), Banzuzi (Zayvald, 61), Qruda (Maksimoviç, 75), Baumqartner (Nkunku, 61), Nusa, Romulo (Qomis, 70).

Şalke-04 – Ştutqart 0:0

(62000)

Ştutqart: Zaymen, Yeltş (Vaqnoman, 80), Şabo, Hendriks, Mittelştadt, Prömel, Spalt (Narti, 71), Levelinq (Əl-Xannus, 60), Fürix, Dəniz Undav (Tomas, 80), Demiroviç (Peyçinoviç, 60).

Elfersberq – Frayburq 0:1

Matanoviç, 68. (9307)

Frayburq: Bakhaus, Troy, Ginter, Linhart, Makenqo, Eqqeştayn, Engelhardt, Beste (İrye, 71), Höler (Sudzuki, 71), Şerhant (Qrifo, 81), Matanoviç (Qoto, 81).

Bayer-04 – Paderborn 4:0

Moreyra, 14; 47. Şik, 51. Fernandes, 59. (29510)

Bayer-04: Flekken, Kuansa, Bade, Tapsoba (Ermann, 78), Qutyerres, A.Qarsiya, Fernandes (Andrix, 60), Tella (Diabi, 60), Tillman (Hofmann, 67), Moreyra, Şik (Kofane, 67).

Ayntraxt F – Hoffenhaym 1:0

Burkardt, 25. (59100)

Verder – Hamburq 4:0

Fridl, 55. Ncinma, 66; 70. Füllkruq, 90+2. (42100)

Auqsburq – Maynts-05 3:1

Qreqoriç. 19; 48. Bah, 36 – Keniqsdorffer, 51. (29680)

1. Borussiya D 10 7 3 0 17-7 24

2. Bavariya 10 6 4 0 30-10 22

3. Frayburq 10 7 1 2 21-10 22

4. Leyptsiq 10 7 0 3 32-14 21

5. Bayer-04 10 6 1 3 24-17 19

6. Verder 10 5 3 2 21-15 18

7. Ayntraxt F 10 4 3 3 16-20 15

8. Ştutqart 10 4 1 5 15-15 13

9. Elfersberq 10 4 1 5 17-19 13

10. Auqsburq 10 3 3 4 23-21 12

11. Hoffenhaym 10 4 0 6 16-18 12

12. Hamburq 10 4 0 6 10-24 12

13. Maynts-05 10 3 1 6 19-22 10

14. Köln 10 2 4 4 11-15 10

15. Paderborn 10 2 4 4 8-15 10

16. Şalke-04 10 1 4 5 5-11 7

17. Union 10 1 4 5 8-26 7

18. Borussiya M 10 1 1 8 12-26 4

Bombardirlər: Füllkruq (Verder) – 10, Şik (Bayer-04) – 9.

***

Növbəti turun oyunları noyabrın 27-29-u aralığında keçiriləcək: Hamburq – Bavariya, Borussiya D – Bayer-04, Frayburq – Leyptsiq, Ştutqart – Ayntraxt F, Verder – Borussiya M, Hoffenhaym – Auqsburq, Maynst-05 – Union, Paderborn – Şalke-04, Köln – Elfersberq.

***

Turun rəqəmi

0 – 0 rəqəmi ilə bağlı bu tur bir neçə maraqlı fakt var. Birincisi, “Hamburq”un start heyətində heç bir almaniyalı futbolçuya yer tapılmadı. 116 illik tarixə malik klub ilk dəfə bundesliqada meydana almaniyalı futbolçu olmadan çıxdı! Digər məqam isə “Şalke-04” ilə bağlıdı. Belə ki, Helzenkirhen təmsilçisi bu mövsüm bundesliqada evdə keçirdiyi 5-ci oyunda da qola həsrət qaldı. Bu, turnirin tarixində cəmi ikinci belə haldı. İlk dəfə belə uğursuzluğu 2024/25-də “Sankt Pauli” yaşamışdı. Maraqlıdı ki, “Sankt Pauli” həmin mövsüm elitada qalmağı bacarmışdı.

Turun ulduzu

Afonso Moreyra (Bayer-04) – bu yay 32 milyon avroya transfer olunan və bundesliqada iştirak etdiyi ilk 9 oyunda hesabına yalnız 1 məhsuldar ötürmə yazan 21 yaşlı portuqaliyalı vinger, nəhayət, özünü yaxşı tərəfdən göstərməyi bacardı. “Sportinq”in yetirməsi olan və ötən mövsümü “Lion”da keçirən Moreyra “Paderborn”la oyunda 2 qol, 1 məhsuldar ötürməlik performans sərgiləyərək komandasının vurduğu 4 qoldan 3-də yaxından iştirak etdi.

Turun sitatı

Hans-Yoahim Vatske, Dortmund “Borussiya”sının prezidenti: “Bəlkə də bu ifadəm bir qədər qəribə səslənəcək. Amma cümə günü məni ən çox narahat edən məsələ Keynin zədəsi idi. Keyn təkcə ideal idmançı və mükəmməl futbolçu deyil. O həm də bizim hər birimizin ürəkdən sevdiyimiz bundesliqanın nüfuzunu dünyada bir xeyli qaldırdı. Ona görə də “Bavariya” prinsipial rəqibimiz olsa da, tam səmimi şəkildə Keynə tezliklə sağalaraq sıraya dönməyi arzulayıram”.