NAXÇIVAN 26 noyabr. TELEQRAF
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Babək rayonunun Yarımca kəndi ərazisində baş verib.
"Changan" və "AZSamand" markalı avtobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar - 1982-ci il təvəllüdlü Qənbərov Mehman Qənbər oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Anar Asəf oğlu, 1988-ci il təvəllüdlü Şirinov Seyhun Əsəd oğlu, 1991-ci il təvəllüdlü Qənbərzadə Nərmin İsmayıl qızı və 1990-cı il təvəllüdlü Qənbərova Nuranə Hidayət qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.