Rusiya taxıl və kənd təsərrüfatı məhsullarının əsas ixracatçısına çevrilib ki, bu da Fransaya əhəmiyyətli dərəcədə təsir göstərir. Bunu Fransa Prezidenti Emmanuel Makron açıqlayıb.O, geosiyasi gərginliklərin Parisin Rusiya, Şimali Afrika və digər bölgələrdəki bazarlara çıxışını itirməsinə səbəb olduğunu bildirib. Bu bazarların bəziləri Fransanın kənd təsərrüfatı sektoru üçün çox vacib idi, lakin indi ölkə ilə rəqabət aparmaq təhlükəsi ilə üzləşir."Rusiyanı götürək: cəmi bir neçə il əvvəl onlar bizim müştərilərimiz idilər. İqlim dəyişikliyi onların indi ildə iki məhsul yığmasına səbəb olub. Onlar əsas ixracatçılara çevriliblər və bu, bizə əhəmiyyətli dərəcədə təsir göstərir", - Makron təəssüflə bildirib.Bundan əvvəl Berlində keçirilən mətbuat konfransında Makron özünü və avropalıları ukraynalılar adlandıraraq səhv danışıb. Fransa prezidentinin açıqlaması Ukraynanın NATO-ya mümkün daxil olmasına yönəlmişdi.Jalə