ABŞ-nin keçmiş prezidenti Co Baydenin onkoloji xəstəliklə mübarizəsi barədə təfərrüatlar məlum olub.
Bu barədə oğlu Hunter Bayden açıqlama verib.
“O metastatik sümük xərçənginin dördüncü mərhələsindədir və buna görə də, yumşaq desək, özünü yaxşı hiss etmir. Amma o, mübariz insandır. Əslində, düşünürəm ki, bu barədə onun özündən daha çox mən şikayət edirəm”, - deyə Hunter Bayden bildirib.
O, atasının xəstəliyinin ağır sınağa çevrildiyini və həyatlarında ciddi dəyişikliklərə uyğunlaşmağı tələb etdiyini etiraf edib.