Bu ərazilərdə qaz olmayacaq

Sabah Qax rayonunda qazın verilişində fasilə olacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qax rayonunun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar, Qorağan, Almalı, Dəymədağlı, Cəlayer, Qıpçaq, Qaysarlı, Qaratala, Uzuntala və Kötüklü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.